Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib. Mədəniyyət Nazirliyindən ONN media-ya verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, A.Məlikov 1933-cü ilin 13 sentyabrında anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Prezidentin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor A.Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2019-cu ilin mayın 9-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub. Xatırladaq ki, ötən il “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Prezidenti müvafiq sərəncam imzalanıb. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılmışdı.
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi



Ölkə rəhbərliyi Arif Məlikovun ölümü ilə bağlı nekroloq imzaladı - MƏTN
Bu gün Arif Məlikovun doğulduğu gündür
Bu gün Arif Məlikovun doğulduğu gündür
13 sentyabr Arif Məlikovun doğulduğu gündür
13 sentyabr Arif Məlikovun doğum günüdür
Arif Məlikov "Şöhrət" ordeni ilə təltif edilib
Görkəmli bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert keçirilib
Bakı Musiqi Akademiyasının yubileyi keçiriləcək
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Arif Məlikov vəfat etdi
Prezident BU TƏLƏBƏLƏRLƏ bağlı sərəncam imzaladı
ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 