Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən görkəmli musiqiçi Çingiz Sadıxovun nəşi vətənə gətiriləcək və Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.
ONN media xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirir.
Tanınmış azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.
Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.



ABŞ-da vəfat edən xalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir
Azərbaycanın görkəmli musiqiçisi vəfat edib
Azərbaycanda xalq artisti vəfat etdi
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi
Mədəniyyət Nazirinə yeni müavin təyin olundu
Zərifə Əlizadə vəfat etdi
Məşhur musiqiçi vəfat etdi
SON DƏQİQƏ: Nailə Mirməmmədli vəfat etdi
Görkəmli diplomat II Fəxri xiyabanda DƏFN EDİLƏCƏK
Muğam Mərkəzində musiqi festivalı keçiriləcək
Bakı Musiqi Akademiyasının yubileyi keçiriləcək
İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 