2016-cı ildə arvadının dələduzluğa görə həbs edilməsi ilə gündəmə gələn polis mayoru Mahir Əkbərov vəfat edib.
M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova tanışlarını işə düzəltmək adı ilə onlardan 100 min manatdan çox pul almışdı. Lakin vədinə əməl edə bilməyəndə həmin adamlara saxta sənədlər təqdim etmişdi. Zərərçəkmiş tərəf isə bu işdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əkbərovu ittiham edirdi. Bu məsələ araşdırılmağa başlayandan sonra M.Əkbərov polis orqanlarından xaric edilmişdi, həyat yoldaşı Leyla Əkbərova isə 2017-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bir neçə ay öncə L.Əkbərova azadlığa çıxıb. Mahir Əkbərov isə dünən şəkər təzyiqinin yüksəlməsi nəticəsində vəfat edib.M.Əkbərovun digər qardaşı Elçin Əkbərov uzun müddət Bakıda cəzaçəkmə müəssisəsi rəisi olub. Daha sonra Almaniyadan sığınacaq alaraq orada yaşayırdı.
Ötən ilin sonunda isə mühacir alverinə görə Almaniyada saxlanılması barədə məlumatlar yayılmışdı. E.Əkbərov da qardaşının yasında iştirak edir. (qafqazinfo)



Rövşən Əkbərov məhkəmədə son söz dedi
Qətlə yetirilən şəxsin həyat yoldaşı: "Rövşən Əkbərova ömürlük cəza verilsin"
Rövşən Əkbərovun məhkəməsi baş tutmadı - BU SƏBƏBDƏN
Eyvazov Şabanovun yerinə onu təyin etdi
Nazirdən yeni təyinat
Polislər azərbaycanlı mühacirin restoranında ƏMƏLİYYAT KEÇİRDİLƏR
Azərbaycanda partiya sədri həbsxanada vəfat etdi
Rövşən Əkbərovun oğlu Azərbaycanı tərk etdi
Azərbaycanda tanınmış polis generalı dünyasını dəyişdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 