“Virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir. Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər”. ONN media xəbər verir ki, bunu “report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirusdan ölən şəxslərin dəfn mərasiminin keçirilməsi prosesinə aydınlıq gətirərkən deyib. QMİ rəsmisi bildirib ki, virusdan ölən şəxsin harada dəfn olunması mütəxəssislərin rəyindən sonra dəqiqləşir: “Tövsiyə nədirsə, dinimiz də bu nöqteyi-nəzərdən ona əməl etməyi vacib sayır. Dinimizdə qəbiristanlıqda dəfnin xüsusi yerlərdə həyata keçirilməsi ilə bağlı hər hansı göstəriş yoxdur. Ancaq hansısa bir şəxsin təhlükə baxımından kənar yerdə dəfn olunması barədə qərar verilərsə, onda buna əməl etmək lazımdır”. Hacı Şahin Həsənli vurğulayıb ki, hər hansı bir virusun başqalarına yoluxma təhlükəsi varsa, dəfn mərasimində məhdud sayda insanlar iştirak etməlidirlər: “Yas mərasimləri kütləvi şəkildə keçirilməyə də bilər. Qafqaz Müsəlmanları İdarəsi də koronavirus təhlükəsinə görə yas mərasimlərində kütləviliyin məhdudlaşdırılmasını tövsiyə edib”. Müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla açıqlamasında bildirib ki, koronavirusa yoluxaraq ölən şəxsin dəfni adi qaydada həyata keçirilə bilər: “İstənilən halda ölən şəxsin həyat fəaliyyəti olmadığından hansısa problem yarana bilməz. Yəni virusun sirkulasiyası imkanları yoxdur. Selik ifraz olunmur, qan dövranı cərəyan etmir, başqa həyat funksiyaları olmadığından hüceyrələrdə də parçalanma prosesləri gedir və virus da onun içərisində məhv olur”. Qeyd edək ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb. Ümumiyyətlə, Azərbaycanda koronavirusa yoluxma halı təsdiqlənən şəxslərdən biri ölüb, üç nəfər isə sağalıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 846-ya çatıb. Bunların 70 427 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Koronavirusdan ölən şəxs necə dəfn olunmalıdır? - RƏY



Koronavirusdan ölənlər necə dəfn olunmalıdır?
Hacı Şahin harada dəfn olunacaq?
Hacı Şahinin dəfnində izdiham yaşanıb
Hacı Şahinin anım mərasimi keçirilir
Koronadan ölənlərdən virus keçə bilərmi? - Açıqlama
Koronavirusdan ölən şəxslər dövlət hesabına dəfn edilir və...
Başsağlığı məsələsi dində əks olunmur?
Qalmaqala son - PAŞAZADƏ NƏLƏRİ AÇIQLADI?
Toylarla bağlı AÇIQLAMA: Avqustun 10-da başlayır...
İstanbulda koronavirusdan ölənlər burada dəfn ediləcək - FOTO
Koronavirusdan "ölən" şəxs 1 ay sonra evinə qayıtdı
Hacı Şahin Həsənli: "Məscidlərin açılmasını hamıdan çox arzulayırıq, amma..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 