“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli son günlər YAP-çı deputat Siyavuş Novruzovun rəsmi qəzetlərdə ayrı-ayrı şəxslər tərəfindən başsağlığı verilməsi və bunun müqabilində pul alınması ilə bağlı narazılığına münasibət bildirib. ONN media xəbər verir ki, bu barədə Hacı Şahin mövzunun müasir olduğunu bildirərək bu kimi məsələlərin dində əks olunmadığını vurğulayıb: “Ümumiyyətlə, isə dünyadan köçmüş insanların yaxınlarına təsəlli olaraq başsağlığı verilir. Ancaq qəzetlərdə vəfat edənlərə başsağlığı vermək hansısa dini məsələ deyil. Bu, daha çox hüquqi məsələdir. Mətbuatdan bildiyim qədərilə bununla bağlı məhdudiyyətlər tətbiq olunacaq.
Qəzet hər hansı bir məsələ üçün yer ayırırsa və bunun da müqabilində hansısa məbləğ alırsa, bu, qəzetin öz işidir. Ancaq ümumilikdə belə deyə bilərik ki, insanların dar günündən hər hansı mənfəət əldə etməyi dinimiz o qədər də bəyənmir. İnsan dünyadan köçdükdən sonra ona meyit namazı qılınır, kəfənə bükülür, qüsul edilir. Bunların müqabilində din xadimləri nəsə tələb edə bilməzlər. Kiminsə narahat, bədbin olduğu gündə isə ondan nəsə almaq bir qədər bəyənilmir. Ancaq konkret nəsə söyləmək çətindir. Bu kimi məsələlərə bir qədər mənəvi məsələ kimi yanaşılmalıdır”.Başsağlığı məsələsi dində əks olunmur?



İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq — AÇIQLAMA
Hacı Şahinin yerinə kim keçəcək?
Hacı Şahinin anım mərasimi keçirilir
Hacı Şahin vəfat edib
Hacı Şahin: “Aşura günü xütbələr onlayn oxunacaq”
Hacı Şahin Həsənli: "Məscidlərin açılmasını hamıdan çox arzulayırıq, amma..."
Hacı Şahin harada dəfn olunacaq?
Hacı Şahinin xatirəsinə film çəkilir
Hacı Şahini bundan sonra o əvəz edəcək
Məhərrəm ayında toy etmək olarmı? — Hacı Şahindən açıqlama
Dəstamaz infeksiyadan qorumur, spirt isə... – Hacı Şahin
Hacı Şahinin dəfnində izdiham yaşanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 