Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün "Türk Hava Yolları" və "Azərbaycan Hava Yolları"nın İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib. Bu barədə ONN media -ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində ölkəyə gətirilməsini təmin etmək üçün "Azərbaycan Hava Yolları" tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək. Azərbaycana qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur. Geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallara üstünlük veriləcək: - Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan; - Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən; - "Azərbaycan Hava Yolları" ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan; - Yaşlı, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər. Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib. İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.
Türkiyədəki vətəndaşlarımız ölkəyə gətirildi - SON DƏQİQƏ



Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR
Türkiyədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
Bu gecə Türkiyədən qayıdacaq azərbaycanlılar üçün UÇUŞ QRAFİKİ
Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılır
10 minə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirildi - Operativ Qərargah
İranda olan Azərbaycan vətəndaşları təyyarə ilə qaytarılacaq
157 Azərbaycan vətəndaşı vətənə qaytarıldı
Uçuşlar müvəqqəti olaraq dayandırılır-AZƏRBAYCANDA
Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi
Rusiyadan ölkəyə qayıtmaq istəyən azərbaycanlıların NƏZƏRİNƏ!
ABŞ-dakı azərbaycanlılar çarter reysi ilə ölkəyə gətiriləcək
Daha bir ölkədən vətəndaşlarımız təxliyyə ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 