Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb. Bu barədə ONN media -ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək. "Bu ilin 18 aprel tarixindən başlayan qeydiyyat 23 aprel tarixi Moskva vaxtı ilə saat 00.00-dək davam edəcəkdir. Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcəkdir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yuxarıda qeyd olunan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə öncədən məlumat veriləcəkdir. Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcəkdir" - deyə, məlumatda qeyd olunub.
Rusiyadan ölkəyə qayıtmaq istəyən azərbaycanlıların NƏZƏRİNƏ!



548 nəfər Rusiyadan Azərbaycana döndü
“Evə gedirəm” portalından istifadə edənlərin DİQQƏTİNƏ!
Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ
Türkiyədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
Prezidentin köməkçisi sərhəddəki vəziyyətdən danışdı
Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi
Azərbaycanda karantin rejimi uzadıldı
Türkiyədəki vətəndaşlarımız ölkəyə gətirildi - SON DƏQİQƏ
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
Bu ölkədən Azərbaycana təxliyə olunmuş 33 nəfərdə COVID-19 aşkarlandı
Kiyevdən qayıdan 29 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 