ONN İnformasiya Agentliyi

Azərbaycanın Fransadakı səfirliyi soydaşlarımıza müraciət etdi

Azərbaycanın Fransadakı səfirliyi soydaşlarımıza müraciət etdi
16-03-2020, 08:12


Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb.

ONN media xəbər verir ki, səfirlik Fransada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə konsulluq bölməsinə müraciət etməyə çağırıb.

Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etməsi qeyd olunur. Bu ölkədəki soydaşlarımızdan COVİD-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyələrə əməl olunması xahiş edilir

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png