İşğalçı Ermənistanın ölkəmizin dövlət sərhədində törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən diaspor təşkilatları BMT-nin mənzil-qərargahına və ATƏT-in Minsk Qrupuna müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Yekaterinburq şəhər təşkilatının sədri Toğrul Həsənzadə, Murmansk vilayətindəki “Azərbaycan mədəni mərkəzi” ictimai təşkilatının sədri Afil Hüseynov və “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası rəsmi məktublarla BMT-nin mənzil qərargahına və ATƏT-in Minsk qrupuna müraciət ediblər. Məktubda qeyd edilib ki, Ermənistanın son hərbi təxribatları regionda stabilliyin pozulmasına növbəti cəhddir. Məktub müəllifləri Avropa İttifaqının daim tərəfləri atəşkəs rejiminə əməl etməyə, resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, eləcə də münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladıblar. Sonda həmvətənlərimiz beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən işğal olunması faktını pisləməyə, həmin ərazilərin azad olunması və qaçqınların əzəli torpaqlarına dönməsi barədə BMT qətnamələrinin dərhal yerinə yetirilməsini tələb etməyə çağırıb.
Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi



Rusiyada Dağlıq Qarabağ ayrı dövlət kimi TƏQDİM OLUNDU – FOTO
Soydaşlarımızdan Rusiyaya ÇAĞIRIŞ
Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI
Minsk Qrupunu ləğv ediblər - Lavrov
Azərbaycan diasporu Türkiyəyə yardım göndərdi
Soydaşlarımız bu ölkədə aksiya keçirir
Rusiya təyyarələri SMO qərargahına zərbələr endirdi
Odessadan 150 azərbaycanlı təxliyə olundu
Girov saxlanılan soydaşımız azadlığa buraxıldı
Ermənistan ordusu bu torpaqlarımızı TƏRK EDİR
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü hansı tarixdə keçiriləcək?
Putindən ATƏT-ə İRAD
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 