Koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub. Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 18-dən bu məhdudiyyətlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək. Bildirilir ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur. Virusun geniş yayıldığı İran İslam Respublikasından Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır. Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir. Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır. Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır. Xarici ticarət iştirakçılarının diqqətinə o da çatdırılır ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək.
Sabahdan Rusiyadan Azərbaycana gediş- gəlişə qadağa qoyulur



Gömrük Komitəsindən İranla sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA
Avtobus və sərnişinlərinin Azərbaycana giriş qaydası müəyyənləşdi
Azərbaycan İranla sərhəddi gücləndirdi
Qırmızı körpüdə son durum necədir?
Azərbaycan- Gürcüstan sərhədində nə qədər maşın dayanıb?
Gömrük postunda keçid dayandırıldı- DİQQƏT
Azərbaycan avtomobil idxalını artırıb
Qırmızı körpüdə son durum necədir?
Külli miqdarda psixotrop maddə aşkar edildi
Azərbaycana Çin məhsullarının gətirilməsinə QADAĞA QOYULDU
Rayonlara gediş-gəlişin açılması gündəmdədir - Prezidentin köməkçisi
Külli miqdarda psixotrop maddə aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 