Küveytin Maarif və ali təhsil naziri Saud əl-Hərbi 12-ci sinif şagirdləri istisna olmaqla, digərlərinin tətilinin oktyabrın 4-dək davam edəcəyini, sonuncu sinifdə təhsil alanların isə məktəblərə avqustun 8-də qayıdacağını açıqlayıb.
ONN media xəbər verir ki, nazir deyib:
"12-ci sinfə keçən şagirdlər əvvəlki təhsil ilinin ikinci semestrini beş-altı həftə ərzində bitirmək üçün avqustun 8-dən dərslərinə davam edəcək, onlar üçün yeni tədris ili dekabrda başlayacaq. 1-11-ci sinif şagirdlərinin dərsləri isə oktyabrın 4-də başlayacaq. Məktəblərin rəhbərliyi və onların əməkdaşları işə avqustun 4-də qayıdacaqlar".
Onun sözlərinə görə, ölkədə təhsil müəssisələrinin bu qədər uzun müddətə bağlanması qərarı Küveyt Səhiyyə Nazirliyinin məruzələrinə əsaslanaraq, qəbul edilib.
Küveyt Ərəb dünyasında koronavirus səbəbindən məktəb tətilini bu qədər uzun müddətə bağlayan ilk ölkə olub.(qafqazinfo.az)
Məktəb tətili oktyabradək uzadıldı



İbtidai sinif şagirdləri 3 gün dərsə gedəcəklər - BU HƏFTƏ
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq”- Bu, hansı hallarda mümkündür?
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq?
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
Məktəblərdə qış tətilinin VAXTI MƏLUM OLDU
Təhsil Nazirliyi qış tətili ilə bağlı AÇIQLAMA VERDİ
14 şagirddə koronavirus aşkarlandı
Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına təsir göstərəcək?
Yeni tədris ilində I sinfə nə qədər şagird gedəcək?
“3” alanlar 10-cu sinfə niyə buraxılmır? - Nazirlik açıqladı
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 