Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar. Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.
İbtidai sinif şagirdləri 3 gün dərsə gedəcəklər - BU HƏFTƏ



Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına təsir göstərəcək?
Bu rayon və şəhərlərdə MƏKTƏBLƏR AÇILIR
Sabahdan məktəblər açılır
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq”- Bu, hansı hallarda mümkündür?
Məktəblərdə dərs hansı qaydada keçiriləcək? - RƏSMİ CAVAB
İbtidai siniflərdə dərslər belə keçiriləcək - QAYDALAR AÇIQLANDI
14 şagirddə koronavirus aşkarlandı
Bakıda 5 müəllim və 1 uşaqda COVID-19 aşkarlandı
Bu şagirdlər əyani formada tədrisə CƏLB OLUNACAQLAR
Bu gün koronaya yoluxan şagirdlərin sayı AÇIQLANDI
İbtidai sinifdə oxuyan 2 şagird və daha 7 müəllim koronavirusa yoluxdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 