Pandemiya ilə əlaqədar olaraq, məktəblərdə sinif şagirdlərinin iki yarımqruplara bölünərək dərs keçməsi bir müəllimin eyni dərsi şagirdlərə iki dəfə keçirməsi zərurətini yaradır. Bir çox müəllimlər bu halın onların aylıq əməkhaqqına təsir göstərib-göstərməyəcəyi ilə maraqlanırlar. ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, eyni müəllimin iki yarımqrupa dərs keçməsi onların maaşına təsir göstərməyəcək: ”Biz uyğunlaşdırılmış tədris planını həm də o məqsədlə hazırlamışıq ki, müəllimlərdə izafi dərs yükü yaranmasın. Məsələn, tədris planında VII sinifdə 35 saat dərs nəzərdə tutulub. Müəllim onun 15 saatını bir yarımqrupa, 15 saatını digər yarımqrupa deyir, qalan 5 saat isə distant formada tədris edilir”. V.Yaqublu qeyd edib ki, bu məsələ bütün təhsil səviyyələri üzrə hazırlanmış dərs cədvəllərində nəzərə alınıb. Onun sözlərinə görə, müəllimlərin bir saat olsun belə, izafi dərs yükü yaranmayıb: “Burada “itirən”lər yarımqruplar halında oxuyan siniflərdir. Siniflər yarımqruplara bölünür və şagird 4 saat riyaziyyat dərsi öyrənəcəkdirsə, onu 2 saat öyrənir. Amma bu 2 saat üçün də biz müəllimlərə planlaşdırma nümunələri paylamışıq. Buna əsasən, müəllim 2 saat ərzində daha az şagird sayı ilə 2-3 mövzunu öyrədir və uşaqlara bir neçə günlük ev tapşırığı verir. Bununla şagirdlərimizdə həm də müstəqil öyrənmə bacarıqları formalaşdırılır”. Xatırladaq ki, bu gündən V-IX sinif şagirdləri məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər. Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar. Ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Bu meyara cavab vermək mümkün olmadığı halda, həmin məktəblərdə də əyani formada dərslər həftədə 3 dəfə keçiriləcək. Hazırda ölkədə şagird sayı 200-dən az olan məktəblərin sayı 2307-dir. 15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər.
Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına təsir göstərəcək?



İbtidai sinif şagirdləri 3 gün dərsə gedəcəklər - BU HƏFTƏ
Məktəblərdə dərs hansı qaydada keçiriləcək? - RƏSMİ CAVAB
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqləndi
Bağçalarla bağlı VACİB AÇIQLAMA
Bəzi məktəblərdə dərslər niyə altıgünlükdür?
Məktəblərdə dərsliklər indidən yığılır?
Məktəblərdə “Ortaq türk tarixi” də tədris olunacaq
Siniflərdə dərslər neçə dəqiqə olacaq?
"Dərs vaxtı"nın 9 sentyabr cədvəli AÇIQLANDI
Növbəti tədris ili üçün tətil günləri AÇIQLANDI
"Dərs vaxtı"nın 1 mart cədvəli AÇIQLANDI
"Dərs vaxtı"nın 5 may cədvəli AÇIQLANDI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 