Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. ONN media xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər. Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Prezident bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı



XİN koronavirusla mübarizəyə 215 000 manat ayırdı
İlham Əliyev 1 fərman 1 sərəncam imzaladı
Zakir Həsənov və hərbi rəhbərlik maaşlarının yarısını Koronavirus Fonduna keçirdilər
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə yığılıb?
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürdü
Bakı Metropoliteni Fonda 100 min manat ianə etdi
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği açıqlandı
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Mehriban Əliyevadan MÖHTƏŞƏM ADDIM
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Vasif Talıbov sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 