Birinci vitse-prezident Mehriban Əliyeva Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
ONN media xəbər verir ki, o, bu barədə rəsmi "İnstagram" hesabında yazıb:
"Əziz həmvətənlər!⠀
Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.⠀Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.⠀Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.⠀Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram".



Prezident bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə yığılıb?
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği açıqlandı
Həştərxan İş Mərkəzi MMC prezidentin ÇAĞIRIŞINA QOŞULDU- FONDA VƏSAİT KÖÇÜRDÜ
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
İlham Əliyev 1 fərman 1 sərəncam imzaladı
XİN koronavirusla mübarizəyə 215 000 manat ayırdı
“Bu şəhərdə”dən gözlənilməz ADDIM
Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürdü
Bakı Metropoliteni Fonda 100 min manat ianə etdi
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
Prezident və xanımı bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə köçürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 