Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
ONN media xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Apa-ya açıqlamasında sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan və qərəzli olduğunu bildirib.
"Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək, Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər.
Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq”, - polkovnik deyib.
E.Zahidov həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini qeyd edib



Rayondan gələnlər 25 manata şəhərə buraxılır?- RƏSMİ AÇIQLAMA
Rayon qeydiyyatında olub Bakıda işləyənlərlə bağlı - DİN-dən açıqlama
Bakı qeydiyyatında olanlar rayona gedə biləcək? - Açıqlandı
Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA
Bayram günlərində rayona getmək istəyənlərə xəbərdarlıq
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
Ağdama komendant TƏYİN EDİLDİ
Başçı oğlunun təyinatı yalan çıxdı - Rəsmi
İt döyüşləri təşkil edənlərin kimlikləri müəyyənləşdi
Bakıda yeni polis yaradılır?
Polisdə yoxlamalar başladı: Manaf Ağayev qalmaqalı böyüyür
Bakı polisindən koronavirus açıqlaması
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 