“Martın 19-dan bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb”. ONN media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir: “Qaydalar qüvvəyə mindiyi gündən bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi geri qaytarılıb. Təkcə ötən sutka ərzində Bakı-Ələt yolunda 814 avtomobil, Bakı-Şamaxı yolunda 182, Bakı-Quba yolunda isə 114 avtomobil geri qaytarılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 19-da, saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub. Bununla bağlı dəfələrlə media vasitəsilə məlumat verilib. Lakin buna baxmayaraq, insanlar həm öz, həm də ətrafdakı insanların sağlamlıqlarını təhlükə qarşısında qoyacaq addımlar atırlar”. K.Əliyev onu da bildirib ki, rayon qeydiyyatında olan şəxslərin çoxu yük maşınlarının içərisində paytaxta keçməyə cəhd ediblər: “Yük maşınlarının (ərzaq məhsulları, kənd təsərrüfatı malları və digər yükləri daşıyan yük maşınları) sürücülərinin harada qeydiyyatda olmasından asılı olmayaraq, onların şəhərə giriş-çıxışına icazə verilir. Lakin onların Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur. Həmin sürücülərin yanında ikinci sürücü kimi bir şəxsə icazə verilir. O halda ki, onların hər ikisinin həmin yük maşınını idarə etmək üçün müvafiq sənədləri olsun”
Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA



Başqa şəhər və rayonlardan Bakıya sərnişin daşımaları qadağan olunur - RƏSMİ
Karantin keçid postlarından 750 avtomobil geri qaytarıldı
Postlarda son durum: Məhdudiyyət... - DİN
Postlardan geri qaytarılan maşınların sayı açıqlandı
175 avtomobil postlardan geri qaytarıldı
İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarıldı
542 avtomobil postlardan geri qaytarıldı - DYP
Karantini pozan 1 674 nəfər cərimələndi
Ara küçələri ilə Bakıya gəlmək istəyən şəxsə cinayət işi açıldı
Daha 595 maşın postdan qaytarıldı
Yol polisi bir gündə mindən çox şəxsi CƏZALANDIRDI
Maskaya görə 133 nəfər CƏZA ALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 