Koronavirus infeksiyası və onun törətdiyi xəstəliklə bağlı (COVİD-19) səhiyyə işçilərinin məlumatlılığı hər gün artmaqdadır. ONN media xəbər verir ki, alimlərin əldə etdikləri məlumatlar və çoxsaylı ölkələrdə fəaliyyət göstərən tibb işçilərinin təcrübəsi mütəmadi olaraq təhlil edilir, onların nəticəsində müvəqqəti və ya daimi tövsiyələr və təlimatlar hazırlanır. Burada koronavirus və COVİD-19 xəstəliyi ilə bağlı hər birimizi maraqlandıran suallara cavablar verilib. Məlumatlar davamlı olaraq yeniləndiyi üçün bu bölməyə vaxtaşırı baş çəkməyiniz tövsiyə olunur. Koronavirus nədir? Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur. COVID-19 virusunun əlamətləri hansılardı? COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır. Virus necə yayılır? 2019‑nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun yayılması yolları ilə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək. COVİD-19-a səbəb olan virus hava yolu ilə keçir? Mövcud elmi məlumatlara əsasən, asqırma və ya öskürmə zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla təmas nəticəsində virusun ötürülməsi hava ilə müqayisədə daha əhəmiyyətli faktor hesab edilir.
COVID-19-la bağlı tez-tez verilən sualların CAVABLARI



Dəhşətli virus yayıldı: Ölənlərin sayı durmadan artır
Bu şəxslərə BEŞQAT MAAŞ VERİLƏCƏK - SƏRƏNCAM
Bu tibb işçilərinin əməkhaqlarına əlavə martın 1-dək UZADILDI
Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
Koronavirus hansı məhsullardan keçə bilər?
Bu tibb işçilərinə maaşlarla bağlı ŞAD XƏBƏR
Baş nazirdən bu şəxslərlə bağlı MÜHÜM QƏRAR
Səhiyyə Nazirliyi 3-cü doza vaksinlə bağlı MƏLUMAT YAYDI
Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA
Bu şəxslərin əməkhaqları ilə bağlı QƏRAR VERİLDİ
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 