Koronavirusun yeni növü yalnız tənəffüs yollarına deyil, həm də insanın digər orqanlarına təsir göstərir. Bu nəticəyə gələn avstraliyalı alimlər və həkimlərin məqaləsi "Annals of Internal Medicine" elmi jurnalında dərc edilib. Tədqiqat zamanı mütəxəssislər koronavirus infeksiyası nəticəsində ölən 11 xəstənin orqanlarının vəziyyətini təhlil ediblər. Həmin şəxslərin (orta yaş həddi 80-dən çox olan) arasında səkkiz kişi və üç qadın olub. "Əsas informasiyalar koronavirus infeksiyasının yuxarı tənəffüs yolları və ağciyər toxumalarının zədələnməsi ilə başlasa da, virusun insan bədəninə patoloji təsir bununla bitmir. Virus ağciyər arteriyasının trombozunun inkişafına təsir edir və digər orqanlara ziyan vurur", - deyə əsər müəlliflərindən biri olan Maykl Trauner bildirib. Araşdırmanın digər müəllifi Ziqurd Laks isə əlavə edib ki, koronavirusa yoluxan zaman orqanizmdə yalnız ağciyər zədələnmələri ilə deyil, böyrək çatışmazlığı, qaraciyər və mədəaltı vəzin funksiyalarının pozulması kimi bir sıra ciddi xəstəliklər də müşahidə olunur. Məqalə müəllifləri qeyd edirlər ki, koronavirus infeksiyası zamanı ölümün əsas səbəbləri ağciyər çatışmazlığı və qan dövranının pozulmasıdır. Əvvəlcə SARS-CoV-2 alveollara - qaz mübadiləsinin baş verdiyi ağciyərlərdə xüsusi birləşmələrə təsir göstərir, onları faktiki olaraq məhv edir. Sonra virus kapilyarlarda - insan bədəninin toxumalarına oksigen verən ən kiçik damarlarda hərəkət edir. Nəticədə, damarların mənfəzi daralır və ətrafdakı toxumalar ölməyə başlayır.
Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA



Koronavirus qan dövranı sistemini belə zədələyir
Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
Koronavirusa yoluxan xəstələrin 80 faizi bu səbəbdən ölür- DİQQƏT
Koronavirus beyinə necə yayılır? - ARAŞDIRMA
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
Havadakı toz dumanı ilə bağlı XƏBƏRDARLIQ
Bu xəstəxana koronavirus xəstələrinə AYRILDI
Koronavirus ağcaqanadlar vasitəsilə yoluxa bilər? - Sübut olundu
Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA
Koronaya qarşı virus tapıldı
Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 