İtaliyada koronavirusa yoluxan xəstələrin ölüm səviyyəsinin yüksək olması əhalinin əksər hissəsinin yaşlı nəslin nümayəndələri olması və testin yalnız aşkar simptomları olan şəxslərdə aparılması ilə əlaqədardır. ONN media xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti qeyd edib. İtaliyada ölüm sayı Çindən, həmçinin İran və Cənubi Koreyanın birlikdə göstəricisindən yüksəkdir. Gündəlik dərc edilən məlumatlara əsasən, İtaliyada ölüm nisbəti 9% (şimaldakı Lombardiya vilayətində 12%), Çində isə 3,8% (5,8% Uhanda, 0,7% isə ölkənin digər ərazilərində) təşkil edir. “Corriere della Sera” qəzetinin qənatincə, bu rəqəmlər həqiqi yoluxma dərəcəsinin miqyasını əks etdirmir, çünki epidemiyanın artması ilə İtaliya test aparılması strategiyasını dəyişdirdi. Fevralın 21-dən sonra Lombardiya vilayətinin balaca şəhəri Kodonioda ilk yoluxma hallarının aşkar edilməsinin ardınca yoluxmuş şəxslərlə təmasda olan hər kəs testdən keçirilirdi. Lakin yoluxma sayının artması, eyni zamanda ləvazimat və heyətin çatışmamasına görə, yalnız daha aşkar və kifayət qədər ağır simptomlar müşahidə olunan insanlarda test aparılması barədə qərar qəbul edildi. Nəhayət, nəşr qeyd edib ki, daha çox tənəffüs yollarına təsir edən bu xəstəlikdən ölüm sayının çox olması əhalinin ağ ciyərləri ilə bağlı ümumi vəziyyəti əks etdirir. Bununla əlaqədar, atmosferə atılan zərərli hissəciklərin miqdarının əhəmiyyətli dərəcədə yüksək olduğu İtaliyanın şimalındakı böyük şəhərlərdə son illərdəki əlverişsiz ekoloji vəziyyət göstərilə bilər. Bundan başqa, ekspertlər müəyyən ediblər ki, daha ağır vəziyətlərdə xəstələr tez-tez siqaret çəkənlərdir.
İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb



Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
İtaliyadan QORXUNC RƏQƏM -Bir gündə...
Koronavirusla bağlı ŞAD XƏBƏR
İtaliyada ötən sutka koronavirusdan 369 nəfər öldü
Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI — SON DƏQİQƏ
İtaliyada koronavirusa yoluxanların sayı ARTDI
Türkiyədə rekord sayda ölüm qeydə alındı
Koronavirusla bağlı son statistika
Ölənlərin sayı durmadan artır - SON SUTKADA...
Koronavirusla bağlı son rəqəmlər açıqlandı
Koronavirusdan ölüm halları artdı
Bu ölkədə koronavirusdan ölənlərin sayı 25,5 mini ötdü
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 