"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın bütün bölgələrinə və Naxçıvan Muxtar Respublikası, Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikasının müxtəlif şəhərlərinə avtobus reyslərinin fəaliyyəti dayandırılıb". ONN media xəbər verir ki, bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. O əlavə edib ki, Bakı-Sumqayıt-Abşeron həlqəsi üzrə sərnişindaşımada problem olmayacaq. Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.
Bakı Avtovağzalında sərnişindaşıma dayanıb - RƏSMİ



Rayonlara giriş- çıxış məhdudlaşdırıldı
“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə müraciət
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi elan edilir
Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi
Postlarda son durum: Məhdudiyyət... - DİN
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
Bakıdan Naxçıvana avtobus işləməyəcək?
Naxçıvan-Bakı aviareysləri AÇILA BİLƏR
Bakıdan İstanbula 144 manata avtobus reysi ilə bağlı - VACİB AÇIQLAMA
Azərbaycanda karantin rejimi uzadıldı
Bakıya giriş-çıxış açılır? - Rəsmi
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 