ONN İnformasiya Agentliyi

Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq

Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
30-05-2020, 10:37

Nazirlər Kabineti yanında Operativ Qərargahın şəhərlərarası sərnişindaşıma ilə bağlı növbəti qərarında yumşaldılma olacaqsa, daha uzaq məsafə qət edəcək avtobuslarda yeni qaydalar tətbiq ediləcək.

ONN media xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Nuridə Allahyarova bildirib ki, yeni qaydalarda xüsusi izolyasiya tədbirləri nəzərdə tutulub. Yəni sərnişindaşıma əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşıma üçün biletlər də məhdud sayda olacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png