Hər məsələyə obyektiv baxmaq lazımdır. Karantin sanatoriya deyil. Heç kim elə qəbul etməsin ki, karantinə istirahətə gəlib, onun üçün pulsuz turizm imkanları yaradılıb.
ONN media xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab olaraq söyləyib.
Prezidentin köməkçisi bildirib ki, koronavirus qlobal bəladır:
"Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. Bu, elə bir müharibədir ki, burada düşmən görünmür, döyüşçüləri, əsgərləri həkimlərdir, tibb işçiləridir. Bunun qarşısında dünyanın aparıcı dövlətləri acizdirlər. Belə olan halda vətəndaşların hər bir məsələdə bəhanə axtarmaları, problem axtarmaları düzgün deyil. Dövlət bütün lazımi addımlar atır, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür. Ona görə də, əsassız tənqidlərdən uzaq dayanmalıyıq, məsuliyyətli olmalıyıq, dövlətimizin yanında olub, görülən işləri dəyərləndirməliyik. Görün nə qədər insan həyatını risk altında qoyur. Vətəndaşlarımızın xaricdən gətirilməsi, burada karantinə alınmasında iştirak edən insanlar var. Təyyarə pilotlarından, bələdçilərindən tutmuş, orada fəaliyyət göstərən diplomatlara, buradakı həkimlərə qədər, hamısı həyatını risk altına qoyur. Bunu dəyərləndirmək lazımdır. Əhalimizin mütləq əksəriyyəti bunu təqdir edir".



Xüsusi karantin rejimi UZADILACAQ - RƏSMİ
Hikmət Hacıyev Bağdad Amreyevlə görüşdü
Azərbaycanda karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev səs verdi
Hikmət Hacıyev şəhidlərdən yazdı
Mayın 31 -dən sonra karantin rejimi uzadılacaq? - MÜHÜM AÇIQLAMA
Hikmət Hacıyevdən karantinin sərtləşdirilməsi SİQNALI
Hikmət Hacıyev erməni vandalizmindən yazdı
Azərbaycanlılar və Ermənilər bir ölkə vətəndaşı kimi yaşaya bilərlər- Hikmət Hacıyev
Qarabağda 7 şəhər salınacaq
Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 