Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər. ONN media bildirir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılıb, yeni laboratoriya qurulub.Ali Məclisin Sədri tapşırıb ki, Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilməlidir. Səhiyyə Nazirliyinə tapşırılıb ki, muxtar respublikanın tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətini, eləcə də vacib göstərişlər olmadan və zərurət yaranmadıqda ambulator xəstə qəbulunu dayandırsın. Nazirlik Dövlət Gömrük Komitəsi ilə birlikdə xarici ölkələrdən qayıdan muxtar respublika sakinlərini gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirməli, hərarəti olanlar təcili Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınmalı və müvafiq tədbirlər görülməlidir.(trend.az)
Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər



Azərbaycanın digər bölgələrindən vətəndaşların Naxçıvana gəlişinə QADAĞA OLUNDU
Naxçıvana yeni baş nazir təyin olundu
Vasif Talıbov Zakari Qrosla görüşdü
Vasif Talıbov sərəncam imzaladı
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
Bu şəxslərə ŞAD XƏBƏR - Maaşlar artırıldı
Vasif Talıbov onları təltif etdi
ŞAD XƏBƏR - Bu işçilərin MAAŞLARI ARTIRILDI
Naxçıvanda yeni tibb müəssisələri yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 