Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırıb. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirən Zakari Qros səmimi qəbula görə minnətdarlıq edib. Səfir ölkələrimiz arasındakı münasibətlərin uzaq keçmişə dayandığını bildirib, Fransanın Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Vasif Talıbov Zakari Qrosla görüşdü



Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
Naxçıvana yeni baş nazir təyin olundu
Türk general Naxçıvanda Vasif Talıbovla görüşdü
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Vasif Talıbov onları təltif etdi
Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü
Vasif Talıbov ATƏT müşahidə missiyasının üzvləri ilə görüşdü
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Vasif Talıbovun istefa səbəbi açıqlandı
İlham Əliyev Naxçıvana getdi
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 