Hazırda respublika üzrə ümumilikdə 10 mindən çox tənha şəxsə evlərində gündəlik olaraq bu xidmətlər göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media-ya verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib. Respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir. Bu sahədə işlər DOST və ASAN könüllüləri, YAP könüllüləri, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini verməkdədir. Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin ediliblər və xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir.
Yaşı 65-dən yuxarı tənhalara evlərində sosial xidmətlərə başlanıldı



65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı
Nazirlik rəsmisi: “Vətəndaşlar sosial xidmətləri yanlış anlayır”
Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ
Sosial xidmət sistemində yeni modelə keçid işləri aparılır
Daha 2 min nəfər ödənişli ictimai işlərə cəlb olundu
Sosial dövlətin Azərbaycan modeli
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Bu ayın pensiya ödənişləri tamamlandı
İşsizlərə hansı ictimai işlər təklif olunur?
İlham Əliyev sərəncam imzaladı
Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı
Nazirlik 52 imtiyazlı şəxslə bağlı MƏLUMAT YAYDI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 