“Vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətləri yanlış anlayır. Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil”. ONN media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb. O bildirib ki, bəzi vətəndaşlarımızın tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malik olması təəssüfedicidir: “Bildirmək istəyirəm ki, yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin “142” Çağrı mərkəzinə zəng edərək qeydiyyata düşürlər. Lakin bəzi hallarda vətəndaşlarımız “142”yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər. Bununla əlaqədar, diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil. Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir”. F.Talıbov onu da əlavə edib ki, nazirlik tərəfindən tənha şəxslərə ödənişsiz taksi xidmətinin göstərilməsi də əsassız məlumatdır: “Eyni zamanda, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır. Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir”.
Nazirlik rəsmisi: “Vətəndaşlar sosial xidmətləri yanlış anlayır”



Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ
65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı
Yaşı 65-dən yuxarı tənhalara evlərində sosial xidmətlərə başlanıldı
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirildi
Evdə sosial-məişət xidmət göstərilən şəxslərin sayı AÇIQLANDI
Siyavuş Aslanın küçədə gecələyən oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA
Sosial xidmət sistemində yeni modelə keçid işləri aparılır
Rayonlarda yaşayanlara şad xəbər
Koronaviruslu xəstələr dərmanları necə ala bilərlər?
Pensiya alanların diqqətinə
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 