Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib. ONN media xəbər verir ki, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub. Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrаhimov tutduğu vəzifədən azad edilib. Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar. Xatırladaq ki, dünən Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib.
İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı



Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS İŞDƏN ÇIXARILDI
Məmurlar cəzalandırıldı: BU SƏBƏBƏ... - FOTO
Goranboy rayon icra hakimiyyəti başçısının müavini işdən çıxarılıb
Bakıda icra hakimiyyəti dezinfeksiya üçün pul alır? - AÇIQLAMA
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO
Bakıda 554 küçə dezinfeksiya edildi
Culfada vəzifəli şəxs işdən çıxarıldı
Bu gün Bakı küçələri dezinfeksiya edildi - FOTOLAR
Bakının küçələri yenidən dezinfeksiya edildi
İcra hakimiyyətində vəzifəli şəxs işdən çıxarıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 