11 mart 2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar " layihəsi çərçivəsində şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirilmiş və Novruz bayramı şənliyi qeyd edilmişdir.
Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur. Lahiyə çərçivəsində " Qaradağ Rayon Üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz " adlı kitabça nəşr olunmuş və tədbir iştirakçılarının hər birinə paylanmışdır. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz haqqında qısa məlumat verilir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü Aydın Hüseynov, Milli Məclisin üzvü Səbinə Xasayeva, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və şəhid ailələrinin üzvləri: Fəridə İsmayılova, Leyla Musayeva, Pakizə Abbasova, Nizami Hüseynov və başqaları çıxış etmişlər.
Tədbirin bədii hissəsində Qaradağ rayonu Ələt qəsəbəsi 302 saylı orta məktəbin və Qaradağ Rayon Mədəniyyət Sarayının bədii özfəaliyyət kollektivinin nümayəndələri tərəfindən şeirlər söylənmiş, mahnılar oxunmuş və ədəbi-bədii kompozisyalar nümaiş etdirilmişdir. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir. Qeyd edək ki, həmin layihə çərçivəsində növbəti tədbirlərin keçirilməsi Qaradağ rayonunun Sahil, Qobustan və Ələt qəsəbələrində nəzərdə tutulmuşdur.
Bilman İSAQ



Qaradağ rayonunda şəhid ailələri və qazilərlə Novruz bayramı qeyd edildi
İcra başçısının I müavini cəzalandırıldı, vəzifəli şəxs işdən çıxarıldı
Məmur iş başında öldü - BAKIDA
Əliyevin anım günü münasibətilə ehsan verildi
Qaradağda ulu öndər Heydər Əliyevin anma mərasimi keçirilib
Lökbatanda ölümlə nəticələnən HADİSƏ
Rəşad Dağlı üçün xoş gün
Əli Əsədov qərar imzaladı: Yeni komissiya yaradıldı
Rəşad Dağlı istintaq təcridxanasına köçürüldü
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Şadlıq evi və kafe sahibləri həbs edildi
Şamaxı İcra Hakimiyyətində Qarabağ qazisinə VƏZİFƏ VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 