İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğin 1,1 milyard manatdan çox olduğunu bildirib. ONN media xəbər verir ki, Vüsal Qasımlı Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılanda ilk olaraq 10 milyon manat vəsait ayrıldığını deyib: “Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı əsasında, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına da qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Azərbaycanda koronavirusa qarşı mübarizə üçün hazırda 1,1 milyard manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-nin 2,2 faizinə çatır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir”. V.Qasımlı qeyd edib ki, Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən çox ölkəsi müvafiq istiqamətdə Beynəlxalq Valyuta Fonduna (BVF) maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda, BVF və Dünya Bankı “Böyük iyirmiliyə” müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi banklarının monetar yumşalmaya getmək “rahatlığı” inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik, investorlar koronavirus pandemiyası başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir. Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər.
Bakının 1,1 milyardlıq korona büdcəsi: hara xərclənir?



Həştərxan İş Mərkəzi MMC prezidentin ÇAĞIRIŞINA QOŞULDU- FONDA VƏSAİT KÖÇÜRDÜ
Rusiya ÜST-ə 1 milyon dollar ayırdı
Kredit borcu olanların NƏZƏRİNƏ!
Aztəminatlılara şad xəbər
Koronavirus Fonduna nə qədər ianə toplanıb?
Maaş artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
"YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Silah arsenalının yenilənməsinə yarım milyard manat ayrılıb
Yunus Oğuz Fonda vəsait köçürdü
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?
Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 