2022-ci ildə Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına 5 622,5 milyon manat vəsait yönəldilib.
ONN media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən "2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, ötən il müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 %-i qədər vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 737 milyon manat və yaxud 15,1 % çoxdur.
"2022-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4 896,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2021-ci illə müqayisədə 354,7 milyon manat və yaxud 7,8 % çoxdur. Bu xərclər ÜDM-in 3,7 %-ni, dövlət büdcəsi xərclərinin isə 15,3 %-ni təşkil edib. Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2 889,4 milyon manat və yaxud 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 %) çox vəsait yönəldilib. 2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və yaxud 55,7 % çoxdur//axar.az



Maaş artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
Gələn ilin büdcəsi II oxunuşda qəbul edildi
Bu şəxslərə ŞAD XƏBƏR: 40 milyon manat ayrıldı
Baş nazirdən Xankəndi ilə bağlı açıqlama
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Pensiya və maaşlar nə qədər artacaq?
2022-ci ilin büdcəsində dəyişiklik edildi
Azərbaycanda təqaüdlərlə bağlı yenilik edildi
Prezidentin ehtiyat fondu artırılır
Prezident Müdafiə Nazirliyinə 2 milyon ayırdı
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Qarabağın bərpasına nə qədər vəsait xərclənib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 