Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib.
Onun sözlərinə görə, R. Şerif martın 26-da vəfat edib.
R. Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, habelə bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif) 1953-cü ilin 29 sentyabrında Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, elə həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cu ildən, Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyətə başlayıb. 80-dən artıq tamaşaya tərtibat verib. 2003-cü ildə Estoniyanın Vilyandi şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olub. Rəşid Şerif 1992-ci ildən karikaturaçı qismində bir sıra qəzetlərlə əməkdaşlıq edib, 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olub, 1996-2000-cı illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülüb. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olub. Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami adına Ədəbiyyat Muzeyi (Bakı, 1996), «Adile Naşit» Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), «Kodolinna Mayas» qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilib. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır. 2011-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.(APA)
Allah rəhmət eləsin!
Əməkdar rəssam vəfat etdi



60 illik yubileyləri münasibətilə teatr sahəsində çalışanlar mükafatlandırıldı
Azərbaycanın əməkdar rəssamı vəfat etdi
Azərbaycanın xalq rəssamı vəfat edib
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Azərbaycanda aktyor koronavirusdan öldü
Azərbaycanda əməkdar artist vəfat edib
Səməndər Rzayevin aktyor oğlu vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Əməkdar artist vəfat etdi
25 oktyabr Bədurə Əfqanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 