Paytaxt ərazisində dezinfeksiya tədbirləri gücləndirilmiş rejimdə davam etdirilir. Nəinki açıq havada, eləcə də inzibati binalarda, məktəb, xəstəxanalar və digər obyektlərdə də dezinfeksiya işləri davam etdirilir. Maraqlı məqam isə bu gün sosial şəbəkələrdə paytaxt küçələrindən birində göyərçinlərin kütləvi şəkildə ölməsi olub. Məsələ müzakirələrə səbəb oldu. Bir qrup insan quşların dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələrin təsirindən ölə biləcəyini iddia edir. Bəs görəsən, əslində vəziyyət necədir? Doğurdanmı dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr insan və heyvanlar üçün təhlükəlidir? Oxu.Az məsələ ilə bağlı Bakı Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov ilə əlaqə saxlayıb. O bildirib ki, dezinfeksiya tədbirlərində istifadə edilən dərmanlar aidiyyəti qurumlara Səhiyyə Nazirliyi tərəfindən paylanılır: “Biz əsasən, qapalı müəssisələrdə - xəstəxanalar, məktəb binaları, obyektlər, bağçalar, idarələrdə dezinfeksiya işləri aparırıq. Paytaxt küçələrində dezinfeksiya tədbirlərini aidiyyəti qurumlar aparır. Ümumi olaraq qeyd edim ki, Mərkəzə dezinfeksiya tədbirləri zamanı istifadə edilən dərmanlar Səhiyyə Nazirliyindən verilir. İstifadə edilən məhlulun tərkibi təhlükəli deyil. Həmin dərmanların tərkibi laboratoriyalarda yoxlanılıb və istifadəsinə icazə verilib. Bizə əsasən, xloramin və bromosept dezinfeksiyaedici maddələr verilir. Onların da özünün istifadə qaydaları, norması var. Həmin normalar çərçivəsində, göstərişi uyğun olaraq istifadə edilir”. Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də paytaxt ərazilərində dezinfeksiya işləri davam etdirilir. Bu çərçivədə bir sıra şirkətlər tərəfindən də könüllü olaraq dezinfeksiya tədbirlərinə qoşulan sahibkarlar olub. Onlardan biri “SAS İnşaat” MTK-nın rəhbəri Süleyman Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dövlətin gördüyü işlərə dəstək məqsədilə dezinfeksiya xidməti göstərən şirkətlərdən birinə müraciət edib: “Hazırda ölkə ərazisində bir aylıq xüsusi rejim tətbiq olunur. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən paytaxtda, eləcə də regionlarda koronavirus təhlükəsinin yayılmasının qarşısı almaq məqsədilə ciddi tədbirlər görülür. Dövlət qurumlarına dəstək olmaq məqsədilə şirkətin vəsaiti hesabına dezinfeksiya xidməti göstərən özəl şirkətlərdən “Şərən-N” MMC-yə müraciət etdim. Nəticədə Abşeron rayonunda bir sıra küçələrdə və parklarda, məhəlləarası yollarda dezinfeksiya tədbirləri həyata keçirdik. Xırdalan şəhərinin, Novxanı qəsəbəsinin bir hissəsi, Ceyranbatan və Masazır qəsəbələrində ətraf ərazilər isə tam şəkildə dezinfeksiya edilib. Şirkət tərəfindən istifadə edilən dezinfeksiya məhlulunun tərkibi natrium hipoxlorid, natrium hidroksid maddələrindən ibarət olub. Dezinfeksiya işləri apardığımız ərazilərdə isə heç bir heyvan və ya quşların zəhərlənməsi, ölməsi faktı ilə rastlaşmamışıq”. Xatırladaq ki, bu gün sosial şəbəkədə payatxt ərazisində göyərçinlərin kütləvi şəkildə ölməsi ilə bağlı foto yayılıb. Quşların hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Dezinfeksiya tədbirləri zamanı istifadə edilən maddələr təhlükəlidir?



Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
İndiyədək nə qədər məktəb dezinfeksiya olunub?- RƏSMİ
DİN- in texnikaları Bakı küçələrində
Bakının küçələri yenidən dezinfeksiya edildi
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq
Bakı küçələrinin dezinfeksiyasına başlandı
Bakı küçələri növbəti dəfə dezinfeksiya edildi
Bakıda 554 küçə dezinfeksiya edildi
Bu gün Bakı küçələri dezinfeksiya edildi - FOTOLAR
BNA “Koroğlu” NMM-i dezinfeksiya etdi
Sədrdən açıqlama: "Bu şəxslər metroya buraxılmayacaq"
Bakıda 550 küçə dezinfeksiya edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 