Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi yerlərində dezinfeksiya tədbirləri ödənişsiz aparılacaq Kənd Təsərrüfatı Nazirliyindən ONN media-ya verilən məlumata görə, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar müvafiq qurumlar tərəfindən müəyyən edilmiş heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq. Həmçinin, Aqrar Xidmətlər Agentliyi bəyan edir ki, fərdi şəkildə dezinfeksiya işləri ilə bağlı müraciətlər edilən təqdirdə qanunvericiliyin tələblərinə uyğun dövlət rüsumu tətbiq olunacaq. Qurban bayramı ilə əlaqədar aparılacaq dezinfeksiya işlərində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpiləcək, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçiriləcək. Heyvan satışı və kəsimi yerləri dezinfeksiyadan sonra istifadəyə veriləcək və ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin ediləcək.
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq



Qurban bayramı üçün heyvan kəsimi məntəqələrinin SİYAHISI
Azərbaycanda qurbanlıq qoyunlar bahalaşdı
Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi
Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri - SİYAHI
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
Bakıda qanunsuz kəsim məntəqələri aşkarlandı
Qurban bayramı ilə bağlı AÇIQLAMA
Qanunsuz heyvan kəsimi məntəqələri söküldü
Beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
Mənşəyi bilinməyən heyvan əti aşkar edildi - Gəncədə
Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur
Qurban bayramı ilə bağlı mühüm tövsiyyələr
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 