AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub. AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub. Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə AR Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub. Bundan əlavə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarı ilə xüsusi əmək rejimi olaraq 5 günlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri qeyri-iş günləri kimi müəyyənləşdirilib.
Ramiz Mehdiyev onları məzuniyyətə göndərdi



Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi
Ramiz Mehdiyev Ağahüseyn Şükürova YÜKSƏK VƏZİFƏ VERDİ
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
SON DƏQİQƏ: koronavirusa görə dövlət orqanları növbədənkənar məzuniyyətə göndərildi
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq - SƏRƏNCAM
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
Ramiz Mehdiyev onu işdən çıxardı
AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı
Ramiz Mehdiyevdən koronavirusla bağlı mühüm sərəncam
Ramiz Mehdiyevdən yeni təyinatlar
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 