Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının strukturu və kadr təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. AMEA-dan ONN media-ya bildirilib ki, Akademiya qarşısında duran vəzifələrin həlli AMEA Rəyasət Heyəti aparatının fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan bir sıra təhlillər aparılıb və bunun əsasında işçilərin seçilməsi və yerləşdirilməsi, müxtəlif struktur bölmələrin və əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yeni sərəncam imzalayıb. Akademik Ramiz Mehdiyevin imzaladığı sərəncama əsasən, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təyin olunub. Tərkibə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və aparatın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev daxil edilib. Qeyd edək ki, komissiya AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, “Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlayıb AMEA-nın prezidentinə təqdim edəcək.
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı



Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi
Ramiz Mehdiyev Ağahüseyn Şükürova YÜKSƏK VƏZİFƏ VERDİ
Yüksəkvəzifəli şəxs vəfat etdi
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
AMEA Nizamnaməsindəki vəzifələrin icrası üçün Komissiya yaradıldı
AMEA-da iki vacib təyinat
Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 