Türkiyə ATƏT Minsk Qrupunu və bütün beynəlxalq təşkilatları Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz prezident və parlament seçkiləri keçirməsini boykot etməyə çağırıb.
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin qanuniləşdirilməsi üçün göstərilən birtərəfli cəhdlərin təzahürüdür:
“Bu addım beynəlxalq hüququn, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq-aşkar pozulmasıdır”.
Açıqlamada daha sonra qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqlarının davam etdiyi bir vaxtda işğal olunmuş ərazilərdə qondarma seçkilərin təşkili sülh yolunu və eləcə də, davamlı sabitliyi sarsıdan bir təşəbbüsdür:
“Dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən, ATƏT-in Minsk Qrupunu bu seçkini tanımamağa dəvət edirik.
Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edəcək bu qeyri-qanuni seçkiləri rədd edir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinə ədalətli həll yolunun tapılması istiqamətindəki cəhdləri dəstəkləməyə davam edəcək”.



Bu ölkə Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Pakistandan Azərbaycana DƏSTƏK
Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın roluna xüsusi ümidlər bəsləyirik - Nazir
Beynəlxalq müşahidəçi: "Ən çox təsirləndiyim Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi"
Ermənistan "ağ bayrağı" qaldırdı - Sülh istəyirik
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Bakının razılığı olmadan İrəvan bunu edərsə... - Brayza
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü DƏSTƏKLƏDİ
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Ərdoğandan Qarabağ ÇAĞIRIŞI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 