Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüş yeri və vaxtı məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) ONN media-ya verilən məlumata görə, cari ilin 4 dekabr tarixində Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA



Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Nazirlərin görüşü TƏSDİQLƏNDİ
Avropa İttifaqında Qarabağ münaqişəsi
Valentina Matviyenko Qarabağ məsələsindən DANIŞDI
Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək- Bu tarixdə
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü razılaşdırılıb”
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Məmmədyarov erməni həmkarı ilə görüşəcək
Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 