Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır. ONN media xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı məlumat yayıb. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir: Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla); İstirahət və əyləncə məkanları üzrə xidmətlər; Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət); Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); Fərdi mənzillərdə təmizlik xidmətləri; Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI



SON DƏQİQƏ: Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu
Gələn həftədən ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılır
Azərbaycanda hər bir vətəndaş cihaz ilə izlənəcək
Evlərdə ad günü, toy, nişan keçirməyə QADAĞA QOYULDU
Azərbaycanda xüsusi KARANTİN REJMİ GÜCLƏNDİRİLDİ
Bərbərxana və gözəllik salonları bu tarixədək BAĞLI QALACAQ
SON DƏQİQƏ: Bütün ərazilərdə restoran və kafelər açıldı
Hansı qadağalar hələ də qüvvədədir?
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
SON DƏQİQƏ: Karantin yumşaldılır
Azərbaycanda bu xidmətlər YENİDƏN LƏĞV EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 