Gündəlik fəaliyyət zamanı toxunduğunuz onlarla yer var. Daim istifadə olunan bu yerlər təmizlik zamanı unudulursa, viruslar, bakteriya və mikroblar çoxalmağa başlayır. ONN media təmizlənməsi vacib olan yerlərin siyahısını təqdim edir. Pəncərə tutacaqları Xəstəliklərin qarşısını almaq üçün gün ərzində müəyyən fasilələrlə otağı havalandırmaq lazım olur. Bu səbəblə pəncərələri açarkən və bağlayarkən tutacaqlarla təmas yaranır. Onları hər gün antibakterial məhlulla silmək tövsiyə edilir. Şkaf tutacaqları Paltarınızı hər gün dəyişdiyinizi düşünsək, gün ərzində toxunduğunuz yerlərdən biri də şkaf tutacaqları olacaq. Tutacaqların üzərində bakteriyaların olduğunu nəzərə alaraq onları təmizləməyi unutmasanız yaxşı olar. Sabun qabları Əllərinizi təmizləmək üçün toxunduğunuz sabun dispenser başlığı virusların yaşaya biləcəyi yerlərdən biridir. Bu səbəblə vanna otağını təmizləyərkən sabun qablarını da silməyiniz məsləhətdir. Elektrik yuvaları Evdə yaşayan hər bir insanın gün ərzində ən azından bir dəfə toxunduğu elektrik yuvaları təmizlənməsi vacib yerlərdən biridir. Kondisioner Mütəmadi olaraq təmizlənməyən kondisionerin filtrində sağlamlığınız üçün təhlükə yarada biləcək mikroblar toplanır. Qapı tutacaqları Bir çox əlin toxunduğu qapı tutacaqları virus və bakteriyaların sığınması üçün uyğun nöqtədir. Onları gündəlik sirkə suyu və ya antibakterial bezlərlə silmək faydalıdır. Texnoloji alətlər İşinizi idarə etmək və ya əylənmək üçün kompüter, telefon, yaxud televizordan istifadə edirsiniz. Ancaq bu anda kompüter klaviaturasının, telefon ekranının və televizor idarəedicisinin təmiz olduğundan əmin olmalısınız.(publika.az)
Evdə virusların toplandığı əsas NÖQTƏLƏR - SİYAHI



DİQQƏT - Evdəki bu əşyalar xərçəngə yol açır - Video
Saçları sabunla yumaq olarmı? - Mütəxəssis rəyi
Əlləri yumaq dezinfeksiyaedici vasitələrdən üstündür
Ev şəraitində ANTİSEPTİK SPREY hazırlayın - Ucuz və effektli VİRUS əleyhinə vasitə
72 faizlik sabunun daha bir möcüzəvi faydası
20 ildir viruslara qarşı işləyən həkimdən VACİB XƏBƏRDARLIQ - SÜRƏTLƏ YAYILACAQ
72 faizlik sabunun daha bir möcüzəvi faydası
Dermatoloqlardan VACİB XƏBƏRDARLIQ
Restoranlar üçün yeni qaydalar tətbiq olunacaq
İctimai nəqliyyat vasitələrindən istifadə qaydaları açıqlandı
Pul bakteriya mənbəyidir- DİQQƏT
Əhaliyə koronavirusla bağlı tövsiyələr... - Bunlara əməl edin!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 