Yoluxucu xəstəliklərin əksəriyyəti pul vasitəsilə keçir. Pulların əldən-ələ bakteriyalar keçirməsi artıq hər kəsə məlumdur.
ONN media sizə türkiyəli həkim-professor Mustafa Tayarın bu barədə fikirlərini təqdim edir:
Həyatda gigiyenik tədbirlər bizi xəstəliklərdən qoruyan ən vacib qabaqlayıcı vasitədir. Biz mütəmadi olaraq tualetdən çıxdıqdan sonra əllərimizi yuyuruq, lakin unutduğumuz bir məqam var ki, yuduğumuz əllər gün ərzində toxunduğumuz fərqli-fərqli yerlərdən də bakteriyalar götürə bilər. Əhəmiyyət vermədiyimiz ən vacib bakteriya mənbəyi isə puldur. Kağız və metal pullar gün ərzində əldən-ələ keçir. Etdiyimiz bir çox xərcləmələrdə pullara toxunuruq.
Kağız pullar vasitəsilə əlimizə keçən bakteriyaların fəsadları:
- Bizdən əvvəl kimsə əlini yumayıbsa və ya hər hansı bir yoluxucu xəstəliyin daşıyıcısıdırsa, əlimizə aldığımız həmin pullar vasitəsilə bakteriyanı qəbul etmiş oluruq;
- Əgər puldan istifadə edən şəxs tualetdən çıxdıqdan sonra əl yumaya vərdiş edən biri deyilsə, onun bağırsaqlarındaki bakteriyalar əlimizə götürdüyümüz pul vasitəsilə bizə də ötürülür
- Qarşı tərəfin yoluxucu xəstəliyi varsa, həmin xəstəlik pullar vasitəsilə bizə keçir
Bu bakteriyaların pullarda canlı qalma müddəti və xəstəlik yaradabilmə qabiliyyətləri uşaqlarda, hamilə xanımlarda, xəstələrdə və immun sistemi zəif olan insanlarda daha yüksəkdir.
Pullar daha təhlükəlidir, yoxsa unitaz qapağı?
Uşaqlar pullarla təmas zamanı daha çox bakteriya qəbul edirlər. Bu məsələdə edə biləcəyimiz ən vacib tədbir uşaqlarımıza gigiyena qaydalarını öyrətməkdir.
Xüsusilə vurğulamaq istərdim ki, alış-verişlərini maaş kartlarından istifadə edərək reallaşdıran inkişaf etmiş ölkələrdə insanlar pulla nadir hallarda təmasda olurlar. Və buna görə də həmin ölkələrdə pul vasitəsilə bakteriya keçməsi kimi hallara çox az rast gəlinir.
Pula toxunduqdan sonra qida məhsulları almazdan əvvəl əllərinizi mütləq yuyun. Və ən vacibi isə satıcıya diqqət edin. Çünki meyvə-tərəvəz satılan marketlərdə bakteriya əl vasitəsilə həmin məhsullara keçir. İstənilən halda aldığınız qida məhsullarını yaxşı-yaxşı yuduğunuzdan əmin olun.
Araşdırmalara görə, kağız pulun 1 sm-də 26 minə qədər bakteriya var. Evinizdəki unitaz qapağında yaşayan bakteriya sayı isə kağız pul və istifadə etdiyiniz mobil telefonunuzdankından daha azdır.



DİQQƏT - Evdəki bu əşyalar xərçəngə yol açır - Video
Antibiotiklərdən yanlış istifadənin DƏHŞƏTLİ NƏTİCƏLƏRİ
Pula toxunmaqla koronavirusa yoluxa bilərik? - RƏSMİ
Gündəlik istifadə etdiyimiz bu əşya bakteriya mənbəyi imiş- DİQQƏT
Evdə virusların toplandığı əsas NÖQTƏLƏR - SİYAHI
Qlobal istiləşmə ilə bağlı QORXULU PROQNOZ: Beyin yeyən parazitlər artacaq və...
1 manatlıq pullar dəmirlə əvəz olunacaq?
Əlcəklər koronavirusdan qoruyurmu?
Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın, əti bişirməzdən əvvəl yumayın... - Mütəxəssisin tövsiyələri
Bu yeməkləri sabaha saxlamaq olmaz
Zelenskidən ŞOK AÇIQLAMA- Ayrılan pullar bizə çatmır
Mağazadan geyim alan zaman yoluxa biləcəyiniz - ƏN AZI 5 XƏSTƏLİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 