Almaniyada koronavirusa yoluxanların sayının sürətlə artmasına baxmayaraq, “Covid-19”dan ölənlərin az olması diqqət çəkir. ONN media xəbər verir ki, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümid Səlimzadə ATV televiziyasına açıqlamasında bildirib ki, buna səbəb xəstəxanalarda mümkün pandemiya təhlükəsinə qarşı hələ illər əvvəl hazırlıq görülməsidir. Onun sözlərinə görə, koronavirus yayılandan sonra Almaniya hökuməti illər əvvəl hazırlanan planı işə salıb. “Düzdü planın işə düşməsi biraz gecikdi. Bu da Berlinin ilk dəfə belə hadisə ilə üzləşməsi idi” deyən həkim bildirib ki, Almaniyada bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmir. “Vəziyyəti nisbətən yaxşı olanlar həkim nəzarəti altında evdə müalicə olunur. Bu da xəstəxanalardakı vəziyyəti ağır olan xəstələrə daha çox diqqət ayrılmasına şərait yaradır” - deyə Ümid Səlimzadə əlavə edib. Qeyd edək ki, Almaniyada indiyə qədər 68180 nəfər virusa yoluxub. 682 nəfər dünyasını dəyişib. Digər ölkələrlə müqayisədə Almaniyada virusa yoluxanlarla virusdan ölənlərin nisbəti olduqca yaxşıdır. Müqayisə üçün bildirək ki, Çində virusa yoluxan 81518 nəfərdən 3305-i, İranda 44605 nəfərdən 3110-u, İspaniyada 94417 nəfərdən 8269-u, Fransada 44550 nəfərdən 3024-ü dünyasını dəyişib.(publika.az)
Almaniyada koronavirusdan ölənlərin az olmasının ŞOK SƏBƏBİ - Azərbaycanlı həkim AÇIQLADI



Almaniyada da koronavirusa yoluxma qeydə alınıb
Almaniyadan SON XƏBƏR: Bir gündə virusdan ölənlərin sayı kəskin artdı
Bu halda yumşalmalara gediləcək - VİDEO
Koronavirusla bağlı son statistika
Çindən qayıdan tələbədə koronavirus aşkarlandı
Həkim AÇIQLADI: “Xəstəxanalarda kifayət qədər yer var lakin...” – VİDEO
Azərbaycanlı həkim koronavirusdan öldü
Almaniyada erməni mafiyasının üzvlərinə qarşı əməliyyat
"Ümidimiz Allahadır" - Meyxanaçı Kərimin səhhəti ağırlaşdı — OĞLUNDAN AÇIQLAMA
Almaniyadan peyvəndlə bağlı ŞAD XƏBƏR
Çox sayda azərbaycanlı Almaniyadan deportasiya ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 