İtaliyada 10 martdan bəri tətbiq edilən ciddi karantin tədbirlərinin müddəti uzadılıb. ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Roberto Speranza bildirib. Onun sözlərinə görə, ölkə 13 aprelə qədər ciddi karantin tədbirlərində qalacaq. “Hökumətin qərarı fərdi fəaliyyətləri və yerdəyişmələrə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirləri 13 aprelə qədər uzatmağı təsdiqləməkdir. Burada səhvə yol vermək və ya vaxtı önə çəkmək bu günə qədər sərf edilən cəhdləri risk altında qoyar. Millət olaraq yenidən ayağa qalxmaq üçün səhiyyə sisteminə sərmayə qoymaq lazımdır”, - nazir Senatdakı çıxışında bildirib. Qeyd edək ki, İtaliyanın Baş naziri Cüzeppe Konte 9 martda imzaladığı qərarla ölkəni “qırmızı bölgə” elan etmiş, sərbəst hərəkəti və vacib ehtiyaclardan başqa küçəyə çıxmağı qadağan etmişdi. 11 martdakı qərarla isə market və apteklərdən başqa bütün ticarət fəaliyyətlərinin dayandırılması əmrini vermişdi. Bu arada, İtaliya Konstitusiya Məhkəməsinin sədri Marta Kartabia da koronavirusa yoluxub. İtaliyada ümumilikdə 105 min 792 nəfər COVID-19-dan əziyyət çəkir.
Karantinlə bağlı NÖVBƏTİ QƏRAR - Müddət uzadıldı...



Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı
Qonşu ölkənin bütün ərazisində karantin elan edildi - SON DƏQİQƏ
Əli Əsədov karantin rejimi ilə bağlı qərar imzaladı
Xüsusi karantin rejimi ilə bağlı qərar verildi – RƏSMİ
İngiltərədə karantin rejimi bu tarixdə bitəcək
Karantin rejimi yenidən uzadıldı
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Xüsusi karantin rejimi uzadıldı
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Karantin müddəti uzadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 