Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyi koronavirusun asqırma və öskürmə zamanı hava yolu ilə yayılmasını əks-etdirən video-çarx hazırlayıb.
ONN media xəbər verir ki, dərnəyin Prezidenti Kazuhiro Tatedanın sözlərinə görə, asqırıb öskürərkən, eləcə də adi danışıq zamanı havaya mikrometr hissəciklər yayırıq. Bu damcılar öskürək damcılarından daha kiçik və yüngül olduğu üçün uzun müddət havada qala bilir. Bu zaman qoruyucu vasitələr olan maska taxmamısınızsa, asanlıqla mikrometr hissəcikləri özünüzə cəlb edirsiniz. Həmin damcılardan birinə toxunaraq dərhal virusa yoluxmaq mümkündür. Buna görə də tez-tez əllərinizi yumalı, üzünüzə toxunmamamlısınız.
Nəzəriyyəni sübut etmək üçün bir qrup tədqiqatçı havadakı damcıların hərəkətini nümayiş etdirən video-çarxda lazer şüalarından istifadə ediblər. Böyük və ağır damcılar səthə hopsa da, mikrodamcılar havada qalıb. Üstəlik bu damcılar söhbət zamanı da havaya saçılır. Onlar havada 20 dəqiqəyədək qala bilir.
Bu səbəbdən maska və eynəklərdən istifadənin virusun yayılmasının qarşısının alınmasında mühüm vasitələr olduğu xüsusilə qeyd edilir.(qafqazinfo.az)



Koronavirus bu yolla insana yoluxmur - AÇIQLAMA
Koronavirus belə havada daha çox yayılır
COVID-19-la bağlı tez-tez verilən sualların CAVABLARI
Koronavirus hava ilə yoluxmur?
Kondisioner virusun yayılmasını sürətləndirir?
Alimlərdən ŞOK COVID-19 ARAŞDIRMASI: Bu 5 əlamət varsa...
Koronavirus nədən yayılıb? - İLK 3 EHTİMAL NƏLƏRDİR?
Məşhur həkim qripdən qorunmağın SİRLƏRİNİ AÇDI
Havadakı toz dumanı ilə bağlı XƏBƏRDARLIQ
Tibbi maskalardan təkrar istifadə etmək düzgündürmü?
Bakı və Abşeronda 2 gün tozlu hava müşahidə olunacaq
Azərbaycan qırıcıları HAVAYA QALXDI - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 