Küçəyə ehtiyac olmadığı halda avtomobillə və ya piyada çıxmaq qadağan edilsə də, hələ də bu qadağaya əhəmiyyət verməyənlər var. ONN media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Xəzər TV-nin efirində danışıb. K.Əliyev qeyd edib ki, küçəyə çıxanların əksəriyyəti polisə müəyyən bəhanələr gətirirlər: “Ən çox gətirilən bəhanə aptekə dərman almağa getməklə bağlıdır. Bəhanə edirlər ki, yaxınlıqlarındakı apteklərdə axtardıqları dərman preparatları yoxdur. Həmçinin bu evindən o biri evinə getdiyini deyənlər də var. Maşınında 4-5 sərnişinlə gəzən sürücülərin də əsas bəhanəsi həkimlə bağlıdır. Xəstəxanada xəstəsi olduğunu bildirirlər. Ancaq izah etmək mümkün olmur ki, infeksiyanın yayıldığı vaxtda xəstəxanaya bir xəstəyə bu qədər adamın yoluxmağa getməsi doğru deyil”. K.Əliyevin sözlərinə görə, sürücülərin gətirdiyi digər bəhanə xəsətəxanada çalışan yoldaşını, anasını və ya qızını işə aparmasıdır: “Ancaq bunu sübut edəcək sənədləri olmur”. Qeyd edək ki, Operqərargahın bu gün keçirilən konfransında küçəyə çıxmaqla bağlı sənədlərin təqdim edilməsi qaydaları izah edilib. Belə ki, küçəyə çıxanın üstündə mütləq kimliyi və işlədiyi yerin vəsiqəsi olmalıdır.
Küçəyə çıxanlar görün hansı bəhanələri gətirirlər? – İNANILMAZ



Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi
Xırdalan və Sumqayıtdan Bakıya giriş bağlanır? - RƏSMİ AÇIQLAMA
Dekabrın 31-dən yanvarın 5-dək küçəyə çıxmaq qadağan ediləcək? - RƏSMİ
Türkiyədə küçəyə çıxmaq qadağan edildi - SON DƏQİQƏ
Xəbərdarlıq- Uşaqlara bu dərmanı verməyin
Bu yollarda polis postları quruldu - DİQQƏT!
Küçəyə çıxmaq qadağan edildi
Kamran Əliyev vəzifəsindən azad edildi
Türkiyədə küçəyə çıxmaq daha 4 gün qadağan olunacaq?
Kamran Əliyevə yeni vəzifə
Kamran Əliyevə DYP-də yüksək vəzifə verildi
Bərdədə küçəyə atılan uşaqlardan YENİ XƏBƏR var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 