Milli Məclisin Mətbuat Xidməti parlament Aparatında və İşlər İdarəsində struktur islahatları aparılması barədə açıqlama yayıb. Açıqlamada deyilir: "Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında dediyi kimi, “bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib”. Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevrilib. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul edib".
Milli Məclisdə islahat başladı



Deputatlar Prezidentə müraciət etdi - TAM MƏTN
Parlament seçkilərinin vaxtı təyin edildi
Naxçıvan Ali Məclisi də buraxılacaq?
MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı
MSK bu şəxslərə çağırış etdi
Azərbaycanda yüksək vəzifəli şəxs işdən azad edildi
Sahibə Qafarova MM-dəki islahatlardan danışdı
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu TARİXDƏ QƏRAR VERƏCƏK
Milli Məclis koronavirusa qarşı səfərbər oldu
4 partiya sədrinə vəzifə verildi
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
FHN-də də kütləvi ixtisarlar olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 