Aprel əməliyyatları irimiqyaslı olmasa da, mühüm nailiyyətlər əldə edildi. İşğaldan azad edilən Lələtəpə və Talış yüksəklikləri ordumuzun düşmən qarşısında strateji üstünlüyü artırması baxımından vacib rol oynadı. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Aprel döyüşləri barədə danışarkən deyib. Polkovnik qeyd edib ki, Aprel döyüşlərində ermənilərin milli qürur mənbəyi olan “Ohanyan xətti” darmadağın edildi: “Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycan Silahlı Qüvvələrinin əks hücumlarının qarşısını almaq məqsədilə bir çox yerdə güclü istehkamlar qurmağa başladılar. Bunların arasında ən möhkəmi Talış və Lələtəpə istiqamətindəki “Ohanyan xətti” idi. Bu məntəqə ermənilər üçün “milli qürur mənbəyi” sayılırdı. Ermənilər “Ohanyan xətti”nin aşılmaz olduğunu düşünürdülər. Aprel döyüşlərinin 2-ci günü ordumuz çox asan bir şəkildə bu xətti yardı. Ardınca isə Lələtəpə və Talış yüksəklikləri ordumuzun nəzarətinə keçdi”. Ekspert vurğulayıb ki, Aprel döyüşləri düşmənə çox böyük psixoloji, hərbi-iqtisadi və siyasi zərbə vurdu: “Azərbaycan Silahlı Qüvvələri əldə etdiyi uğurlarla Ermənistan qarşısında həm hücum, həm də müdafiə üstünlüyünü artırdı. Düşmən tərəfi isə ordumuzun hər an əks-hücuma keçə biləcəyini görmüş oldu. Bu əməliyyatlarda ordumuz sürətli və kordinasiyalı hücum əməliyyatı aparmaq iqtidarında oluğunu nümayiş etdirdi”.(axar.az)
Ermənilərin “qürur xətti” darmadağın edildi - Polkovnik



“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı VİDEOÇARX
Prezident Talış əməliyyatının DETALLARINI AÇDI: Düşmən bizi burada gözləyirdi və biz də...
İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
AzTV Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlayıb - VİDEO
"Aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu"
Tovuz döyüşlərinin nəticəsi nə oldu? - Polkovnik
Aprel döyüşündə Azərbaycan Ordusu erməni postunu belə məhv edir – YENİ VİDEO
Müdafiə Nazirliyindən Talış kəndi ilə bağlı — BƏYƏNAT
Ordumuz erməni postunu darmadağın edib çıxdı
Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Ordumuz Ermənistan ordusunu darmadağın etdi - General
Aprel qələbəsi “məğlubedilməz erməni ordusu” mifini dağıtdı- TƏHLİL
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 