Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Komitədən ONN media -ya verilən məlumata görə, bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov, Aprel döyüşlərinin iştrirakçısı istefada olan kapitan Hikmət Məmmədov, şəhid Vüsal Alıyevin anası Şahnaz Alıyeva, şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova, şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova , şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid Teymur Qasımovun anası Gülnar Qasımova tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər. Qeyd edilib ki, üç il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib. Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak etdilər. Eyni məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib. Yuxarıda adıçəkilən dövlət qurumları və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Lələtəpə yüksəkliyi istiqamətində ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına kəndin girişində yolun kənarında çinar ağacı əkilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib



Novruz Məmmədov "Qaçqınkom"la bağlı əmr imzaladı
İcra başçısı liseyin pəncərələrini hördürdü- ŞOK SƏBƏB/ VİDEO
"Qaçqınkom"da yüksək vəzifələrə YENİ TƏYİNATLAR
Sabiq icra başçısı öldü - 62 YAŞINDA
Bu komitəyə yeni rəhbər təyin olundu
Daha 10 ailə Ağalıya köçürüldü
Laçın Rayon İcra Hakimiyyəti iddialara cavab verdi
İcra başçısının ailəsində AĞIR İTKİ
Yanan yataqxanadakı köçkünlər hara yerləşdiriləcək?
Bunu edən vəzifəli şəxslər İŞDƏN QOVULDU
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Azərbaycana səfərə gəlib.
Nazirlərimiz Qobustanda ağac əkdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 