“Ölkəmizdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Biz bu günlərdə izləyirik ki, əhalimiz evdə oturaraq bu vasitələrdən bəhrələnir, günlərinin keçirilməsi üçün bu vasitələrdən istifadə edirlər, çünki trafikdə müəyyən artım var”. ONN media xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. “O cümlədən, Azərbaycan əhalisinin təxminən 60-70 faizi smartfonlardan istifadə edir. Ümumilikdə götürəndə isə əhalimizin hər 100 nəfərinə 106 mobil telefon düşür. Bütün bunlar onu göstərir ki, xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 xidməti hər kəs üçün əlçatan olacaq”, - deyə nazir müavini bildirib. Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.
Azərbaycanda karantin dövründə internetdən istifadə artıb - RƏSMİ



Bu nömrəyə yanlış mesaj göndərənlərin DİQQƏTİNƏ
Bu xidmət əhali üçün pulsuz olacaq
Sərt karantin günlərində neçə nəfər cərimələnib?
Maskadan istifadə etməyən sürücülər cərimələnir?
DYP: 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
Bir gündə 1291 nəfər cəzalandırıldı
Sürücülərə ŞAD XƏBƏR: Buna görə cərimə yazılmayacaq
Karantindən çıxanlar yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Azərbaycanda karantin rejimi uzadıldı
İşçilərlə bağlı məlumatın sistemləşdirilməsinə başlanıldı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 