Aprelin 20-dək karantinlə bağlı qoyulan qadağalara əməl edilsə, karantin üçün qoyulan bu müddət kifayət edər. ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, bu müddət xəstəliyin inkubasion dövrünün 14-20 günə qədər uzanması nəzərə alınmaqla, verilən qərardır: “Vətəndaşlar könüllü şəkildə bu qadağalara əməl etsələr, onda bu infeksiyanın yayılmasının qarşısı kəskin şəkildə alınar. Çinin 11 milyon əhalisi olan Uhan şəhərində bu qadağalara əməl etməklə epidemiyanın qarşısını aldılar. Biz də karantin qaydalarına ciddi şəkildə əməl etsək, onun qarşısını ala bilərik”. Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist



Sürücülərə ŞAD XƏBƏR: Buna görə cərimə yazılmayacaq
Bu xidmət əhali üçün pulsuz olacaq
Karantindən çıxanlar yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
Bunu edən 2055 sürücü CƏZALANDIRILDI
Azərbaycanda karantin dövründə internetdən istifadə artıb - RƏSMİ
Maskadan istifadə etməyən sürücülər cərimələnir?
Polis ictimai yerlərdə 7 koronavirus xəstəsi aşkarladı - CİNAYƏT İŞİ AÇILDI
Bu nömrəyə yanlış mesaj göndərənlərin DİQQƏTİNƏ
Bakı Polisindən əhaliyə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyindən vətəndaşlara ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 